Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı məsələlər, döyüş bölgəsində vəziyyət müzakirə edilib.
***23:56
Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Rusiya prezidentinin mətbuat xidməti yayıb.
Məlumatda qeyd edilib ki, Putin 1-2 noyabr tarixlərində müvafiq olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan və İlham Əliyevə zəng edib.
Telefon danışığında Qarabağ münaqişəsinin həlli məsələləri hərtərəfli müzakirə edilib.