Putin İlham Əliyevi təbrik etdi

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Milad bayramı və qarşıdan gələn Yeni 2024-cü il münasibətilə təbrik edib.

Yenicag.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin İlham Əliyevə ünvanladığı təbrik teleqramında qeyd edib ki, ötən ildə Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri çox uğurla inkişaf edib, liderlərin müntəzəm görüşləri müxtəlif sahələrdə qarşılıqlı faydalı sazişlərin əldə olunmasına töhfə verib. Həm ikitərəfli gündəliyin aktual məsələləri üzrə, həm də Cənubi Qafqazda və Xəzər regionunda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə səmərəli birgə işin davam etdiriləcəyinə ümid ifadə olunub.