!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin İlham Əliyevi təbrik etdi

!Reklam – Yazi

ilham_aliyev_putin_suriyaRusiya prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində qazanılan qələbənin 71-ci ildönümü münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda Rusiya prezidentinin Azərbaycan prezidenti ilə yanaşı, Qazaxıstan, Belarus, Ermənistan, Özbəkistan, Türkmənistan, Moldova, Tacikistan, Qırğızıstan prezidentlərinə də təbrik məktubu göndərdiyi qeyd olunub. V.Putin Ukrayna və Gürcüstan xalqlarını da təbrik edib.

“Rusiya prezidentinin təbrik məktublarında qeyd olunur ki, Qələbə günü müqəddəs bayramdır və o, qanlı döyüşlərdə torpaqlarını qoruyan və dünyanı faşizmdən xilas edən xalqların əbədi qəhrəmanlıq və birlik rəmzi olaraq qalacaq” ,- deyə məlumatda bildirilib.

 

www.yenicag.az

536
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv