Putin İtaliyaya rəsmi səfərə yollanacaq – Roma Papası ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin İtaliyaya səfər edəcək.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə rəsmi Kreml məlumat yayıb.

Səfərin iyulun 4-nə planlaşdırıldığı qeyd edilib.

Vladimir Putin səfər zamanı İtaliya prezidenti Sergio Mattarella və baş nazir Cüzeppe Konte ilə görüşəcək.

Bundan sonra Putinin Vatikana gedəcəyivə və Roma Papası ilə görüşəcəyi gözlənilir.

COP29