Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Putin “kapital axını” ilə bacarmır: Rusiyadan 42 milyard dollar çıxarılıb

Bu ilin 10 ayı ərzində Rusiyadan xaricə çıxarılan valyutanın həcmi açıqlanıb.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankının məlumatına görə, 2018-ci ilin yanvar-oktyabr aylarında xaricə çıxarılan valyutanın həcmi ötən illə müqayisədə 3 dəfə artaraq, 42,2 milyard dollar təşkil edib.

Bu vəziyyəti şərh edən Rusiyanın “UralSib” bankının baş iqtisadçısı Aleksey Devyatov məlum tendensiyanın müəyyən amillərlə bağlı olduğunu vurğulayıb:
“Bu, bizim avqust-sentyabr aylarına müşahidə etdiyimiz hadisələrlə əlaqədardır: Sanksiya təhdidlərinin güclənməsi, neftin bahalaşması fonunda rublun ucuzlaşması və sair.

Mən ölkədən kapital axınının güclənməsi ilə kənar təsirlər arasında birbaşa əlaqənin olduğunu deyə bilərəm. İnsanlar sanksiyalardan qorxduqları üçün əllərində olan valyutanı xaricə çıxarmağa çalışırlar”.

Rusiyadan kapital axınına səbəb olan tendensiyanın daha da güclənəcəyi gözlənilir. Hazırda ABŞ Konqresində Rusiya əleyhinə sanksiyaların sərtləşdirilməsinə dair layihə nəzərdən keçirilir.

Yeni layihədə Rusiyanın dövlət borcları və digər məsələlərə yönəlik ciddi məhdudlaşdırcı müddəalar var.

www.yenicag.az

3793
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100