Putin keçmiş məmuru rəhbərliyə gətirdi

Rusiya prezidenti Vladimir Putin baş nazirin keçmiş müavini Dmitri Roqozinə yeni vəzifə təklif edib.

Yenicag.az RİA Novostiyə istinadən bildirir ki, Roqozinə “Roskosmos”a rəhbərlik tapşırılıb.

Roqozin bunun müqabilində prezidentə “Mən sizin etimadınızı doğrultmaq üçün bütün mümkün və zəruri olanları edəcəyəm” sözlərini deyib.

Qeyd edək ki, D. Roqozin bundan öncəki hökumətdə baş nazirin müavini postunu tutub.