Putin: “Kəməri bağlamadım ki, nəsə olsa, avtomobildən tez düşə bilim”

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Mariupol şəhərinə səfəri zamanı şəxsi təhlükəsizliyi üçün gördüyü tədbiri açıqlayıb.

Yenicag.az xəbər verir ki, o, “Rusiya-1” telekanalına müsahibəsində deyib ki, avtomobildə hərəkət edən zaman təhlükəsizlik kəmərini taxmayıb.

Dövlət başçısı bunu ehtimal edilən təhlükə ilə əlaqələndirib: “Mariupol küçələrində avtomobilimi idarə edərkən bilərəkdən təhlükəsizlik kəmərini taxmamışdım. Çünki belə şəraitdə kəməri taxmamaq daha yaxşıdır. Bu avtomobili tez tərk etmək üçün lazımdır”.

Qeyd edək ki, martın 19-da V.Putin Mariupola səfər edib./Report/