Putin LGBT-nin təbliğini qadağan edən qanunu təsdiqlədi

Rusiya Prezidenti ölkə ərazisində LGBT-nin təbliğini tamamilə qadağan edən qanunu imzalayıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə məlumat Rusiyanın rəsmi hüquqi informasiya portalında yerləşdirilib.

Məlumata görə, müvafiq qanuna edilmiş dəyişikliyə əsasən, KİV, sosial şəbəkələr, filmlər və reklamlarda LGBT-nin, cinsiyyət dəyişdirmənin və pedofiliyanın təbliği tamamilə qadağan edilir.

Qeyd olunur ki, Rusiyanın nəzarət qurumu olan “Roskomnadzor”a bu qadağanı pozan mənbələri qadağan olunmuş informasiya resursları siyahısına daxil etmək, daha sonra isə bloklamaq səlahiyyəti verilib.