!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin MDB-ni “Suriya cəhənnəmi”nə sürükləyir – Şərh

!Reklam – Yazi

putin-esedQabil Hüseynli: “Bu da onun Suriyada çətinə düşdüyünü göstərir”

Terrorçular Yaxın Şərq və Şimali Afrikadan hərbi baza kimi istifadə etməyə çalışırlar. Bu sözləri Rusiya prezidenti Vladimir Putin MDB-nin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının iclasına göndərdiyi məktubunda deyib.

“Bu gün Yaxın Şərq və Şimali Afrikadakı situasiya narahatlıq doğurur. Terrorçular yeni döyüşçüləri cəlb etməklə və onları hazırlamaqla regiondan hərbi baza kimi istifadə etməyə çalışırlar. Hərbi bazadan isə digər dövlətlərin stabilliyini pozmaq üçün istifadə edə bilərlər”.

Yenicag.az-a açıqlamasında politoloq Qabil Hüseynli Putinin yuxarıda səslənən fikirlərini şərh edərkən bildirdi ki, Rusiya prezidenti bu açıqlaması ilə ölkəsinin Suriyada çətin duruma düşdüyünü dolayısı ilə etiraf edir. İkinci bir tərəfdən, politoloqun qənaətincə Putin MDB ölkələrini də Suriyadakı provokasiyaya cəlb etməyə çalışır: “Putinin MDB-nin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının iclasına göndərdiyi məktubunda yer alan fikirlər ilk növbədə onun göstəricisidir ki, onun ölkəsi Yaxın Şərqdə çətinliyə düşüb. Suriyaya qoşun yeridilən ilk zamanlar o elə bilirdi ki, bir-iki zərbə ilə burada hər şeyi öz dediyi istiqamətə yönəldə, Suriyanı İŞİD-dən qısa müddətdə təmizləyə biləcək. Amma indi görür ki, proses uzanır və hərbi əməliyyatlara Rusiya hər gün 40 milyon dollardan artıq pul xərcləyir. Bu günlərdə bir rus əsgəri isə orada intihar etdi. 8 rus əsgərini isə “Əl-Nusra” cəbhəsi bir neçə gün öncə əsir götürmüşdü. İki ədəd rus hərbi təyyarəsi, 10 tankı isə vurulub. Bütün bunlar onu göstərir ki, Yaxın Şərq Ukrayna deyil, burada fanatik carçılar var və onlar da sona qədər mübarizə aparmaqdadır. İndi Putin MDB ölkələrinə müraciət edir ki, belə bir təhlükə var. Onsuz da biz də belə bir təhlükənin olduğunu bilirdik. Putin bu təhlükəyə qarşı mübarizə aparmaq istəsəydi, ABŞ-ın iştirakı və 40 dövlətin olduğu anti-İŞİD koalisiyası formalaşıb, Rusiya da həmin koalisiyanın tərkibinə daxil olardı. Rusiya terrorun kökünü kəsmək istəyirsə, məhz bu cür hərəkət edilməli idi. MDB dövlətlərini bu provakasiyaya çəkməyin isə heç bir əhəmiyyəti yoxdur. Azərbaycanın nə işi var ki, gedib Suriya, İraqda terrorizmə qarşı mübarizə aparsın? Azərbaycanın Dağlıq Qarabağ, erməni işğalı problemi var. Erməni İŞİD-dən də betərdir. Onunla mübarizə aparmalıyıq. Azərbaycanda isə İŞİD-in fəaliyyəti üçün meydan yoxdur. Çünki əhali ona qarşı barışmaz mübarizə aparacaq. İkincisi, Azərbaycanın müvafiq qurumları bu işin öhdəsindən gəlməyə qadirdir. Ona görə də zənn edirəm ki, Putinin sözügedən məktubu rus qoşunlarının Suriyada çətinliyə düşdüyünə dəlalət edir və o bu çətinliyi başqa dövlətlərin köməyi ilə aradan qaldırmağa çalışır. Azərbaycan dövlətinin bu cür provokasiyalarda iştirak etməsinin tərəfdarı deyiləm”.

ELÇİN

www.yenicag.az

642
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv