Putin Merkellə görüşəcək – Müzakirə mövzusu açıqlandı

Rusiya Prezidenti Vladimir Putin avqustun 18-də Almaniyaya rəsmi səfər edəcək.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Putin Almaniyada Brandenburq şəhərindəki Mezeberq sarayında kansler Angela Merkellə görüşəcək.

Tərəflər arasında əsas müzakirə mövzusunun xarici siyasət məsələləri olacağı bildirilib.