Putin: “Müharibəyə hazır olun!”

Soçi görüşündən sonra keçirilən iclas zamanı Rusiya dövlət başçısı Vladimir Putin müharibə olacağı barədə siqnallar ötürüb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Soçidə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və İran prezidenti Həsən Ruhani ilə görüş keçirən Putin üçtərəfli Suriya danışıqlarından sonra daha bir iclasda iştirak edib. Çıxışı zamanı Rusiya silahlı qüvvələrinə və biznesmenlərə səslənən Putin “müharibəyə hazırlıq” təlimatı verib: “Ordumuz və donanmamız ən yaxşı silahlarla təchiz olunmalıdır, rəqiblərimizi hər sahədə geridə qoymalıyıq.”

Putinin “rəqiblər” deyəndə konkret kimləri nəzərdə tutması və sülh danışıqlarından sonra belə bir açıqlama verməsi mətbuatda birmənalı qarşılanmayıb.