Yenicag.az müsavat-a istinadən bildirir ki, Rusiya prezidenti Vladmir Putin Ukrayna silahlı qüvvələrini NATO-nun legionu kimi xarakterizə edib. Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə o, Sankt-Peterburqda “Qornıy” Universitetinin tələbələri qarşısında çıxış edərkən bildirib.
“Bu, artıq ordu deyil. Bu, xarici legiondur, konkret halda xarici NATO legionudur, hansı ki, əlbəttə, Ukraynanın milli maraqlarını güdmür”, – deyə Kreml başçısı qeyd edib.
Putinin sözlərinə görə, Ukrayna silahlı qüvvələrinin hədəfi Rusiyanı cilovlamaqdır.