Suriyanın müstəqil hakimiyyəti qərar verərsə Rusiya Suriyadakı qoşunlarını çıxara bilər.
Yenicag.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin açıqlama verib.
“Suriyaya qanunsuz şəkildə ordu yeridən bütün ölkələr regionu tərk etməlidir. Gələcəkdə Suriyadakı mövcud hakimiyyət Rusiya ordusunun dəstəyinə ehtiyac duymadıqlarını bildirərsə, ölkəni tərk etmək barədə qərar Moskvaya da şamil olunacaq” – deyə, Putin qeyd edib.
Putin xarici ölkələrin Suriya ərazisində qalması məsələsinin Türkiyə, ABŞ və İran hökumətləri ilə müzakirə edildiyini də söyləyib.
Həşim Səhrablı