Putin partlayışdan danışdı

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq metrosunda baş vermiş partlayışla bağlı açıqlama verib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, belaruslu həmkarı ilə görüşü zamanı Putin bildirib ki, partlayışla əlaqədar bütün versiyalar araşdırılır.

Onun sözlərinə görə, hələlik partlayışın səbəbləri məlum deyil.

 

Yeniçağ.az