!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin-Paşinyan görüşü: "Rusiya öz imperiya maraqlarından əl çəkmək istəmir" - Sabiq dövlət müşaviri

!Reklam – Yazi

“Açıq görünür ki, Rusiya bölgədəki prosesləri qarışdırır. Dünyanı qana bulamış Rusiya öz imperiya maraqlarından əl çəkmək istəmir”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyanın Moskva səfəri, Rusiya Prezidenti Vladimir Putinlə görüşü və görüşdən çıxan nəticələri şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Rusiya hər vəchlə özünü Qarabağ probleminə pərçim etməkdədir:

“Nikol Paşinyan Moskvaya getmədən əvvəl söyləmişdi ki, Qarabağ məsələsi Azərbaycan Konstitusiyası çərçivəsində həll edilməlidir. Azərbaycan ordusu Fərrux dağında əməliyyat keçirdikdən və Ağdərə istiqamətində yerdəyişmələr etdikdən sonra əvvəl Rusiyanın XİN rəhbəri Sergey Lavrovdan kifayət qədər hədələyici bəyanatlar səsləndi, ancaq Azərbaycan buna əhəmiyyət vermədi. Ardınca Putin məsələyə qarışdı və üzüyola Paşinyanı Moskvaya çağırdı.

Əvvəl bildirilirdi ki, səfər bir günlük olacaq, lakin uzandı. Səfərlə bağlı əvvəl deyirdilər, sadəcə danışıqlar baş verəcək. Ancaq ortaya sənədlər gəldi, sənədlərin imzalanması mərasimi baş tutdu, Rusiya strateji əməkdaşlığı dərinləşdirmək arzusunu bildirdi. İki ay əvvəl Azərbaycanla müttəfiqlik haqqında müqavilə imzalanmışdı. Bu, dünya ictimai rəyini çaşdırmaq, oyun oynamaqdan başqa bir şey deyil. Mağmın Nikol Paşinyan üzüyola uşaq kimi hərəkət edir və Putinin dedikləri ilə oturub-durur”.

Səxavət Məmməd

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv