Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə Qarabağ məsələsini müzakirə edib.
Yenicag.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat dərc edib.
O, Qarabağda vəziyyətin nizamlanmasının əsas müzakirəyə çevrildiyini bildirib: “Əlbəttə, əsas məsələ bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması, Ermənistan-Azərbaycan münasibətləri və Qarabağla bağlı hər şeydir”.
*** 14:10
Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilir.
Yenicag.az xəbər verir ki, görüş MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində baş tutub.
Xatırladaq ki, dekabrın əvvəlində liderlər arasında telefon danışığı olub. Tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının müddəalarının icrası, eləcə də Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin olunması məsələlərini müzakirə ediblər.