Putin prezident seçkilərində iştirak edəcəyini açıqladı

Vladimir Putin 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, Rusiya Prezidenti bunu Rusiya qəhrəmanlarının mükafatlandırma mərasimində elan edib.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü ilin 17 mart tarixində baş tutacaq.