!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Putin pulun gücü ilə Ukraynada “oyunçu”ya çevrilə bilib” - Aleksandr Salantay

!Reklam – Yazi

“Ukraynada demokratiya və söz azadlığı hələ özünün təşəkkül mərhələsindədir”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Ukraynada növbəti seçkilər ərəfəsində media və vətəndaş cəmiyyətinin vəziyyətini, o cümlədən, Rusiyanın bu ölkədəki proseslərə müdaxiləsini dəyərləndirən Ukraynalı siyasi ekspert Aleksand Salantay deyib.

Aleksey Salantayın sözlərinə görə, Rusiya Ukraynaya qarşı siyasətində təbliğat imkanlarından maksimum yararlanmağa çalışır:
“Məlumdur ki, Rusiya bütün dünyada özünün təbliğatına böyük pullar sərf edir. Moskvanın bu istiqamətdə fəaliyyəti Ukraynada xüsusilə qabarıq görünür və heç də nəticəsiz qalmır.

Aydın məsələdir ki, Rusiyanın bu təbliğatı olmasaydı, o zaman insanların zombiləşdirilməsi baş verməzdi, müharibələr olmazdı, Krım və Donbas itirilməzdi.

Təbii, hakimiyyət də buna görə məsuliyyət daşıyır. Çünki hakimiyyət Ukraynanın şərq və cənub regionlarında sözün müsbət mənasında “ukraynalaşdırma” siyasəti aparmayıb. O regionlarda ukrayna dilində məktəblər və media orqanlarının sayı az olub. Rusiya da bundan yararlanıb və nəticə əldə edib.

İkinci aspekt isə əlbəttə ki, puldur. Bəli, Ukraynada demokratiya və söz azadlığı olsa da, onlar hələ təşəkkül mərhələsindədir, yetərincə müdafiə edilmir. Ona görə də Putin pulun gücü ilə Ukraynada “oyunçu”ya çevrilə bilib.

Yarina Lazko, Kiyev

www.yenicag.az

3687
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv