Putin: “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”

“Beynəlxalq hüquqa görə, Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub”.

Yenicag.az xəbər verir ki, bunu “Rossiya-24” telekanalına müsahibəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib.

Dövlət başçısı qeyd edib ki, KTMT bu münaqişəyə müdaxilə edə bilməzdi. Çünki heç bir dövlət Ermənistana hücum etməyib.