Putin Qarabağdakı münaqişənin böyüməsinin səbəbini açıqladı

Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən illik mətbuat konfransı zamanı İkinci Qarabağ müharibəsinin niyə məhz indi baş verdiyinə dair sualı cavablandırıb.

Yenicag.az xəbər verir ki, Putin suala cavabında bölgədəki vəziyyətin nəzarətdən çıxdığını, gərginliyin uzun illər davam etdiyini və bu müharibəyə xarici müdaxilənin səbəb olduğunu ehtimal etmədiyini bildirib.

“Nəyə görə məhz indi baş verdi? Vəziyyət nəzarətdən çıxdı, bu gərginlik uzun illər davam edirdi. Düşünmürəm ki, bu, bir növ kənar müdaxilə nəticəsində baş verib. Dəfələrlə kiçik toqquşmalar və münaqişələr baş vermişdi. Nəticədə bunların hamısı müharibəyə gətirib çıxardı“, – deyə Putin qeyd edib. /Qafqazinfo/