Putin Ramazan Abdulatipova yeni vəzifə verdi

Dağıstanın keçmiş başçısı Ramazan Abdulatipova yeni vəzifə verilib.

Yenicag.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin sərəncamına əsasən, o, İslam Əməkdaşlıq Təşkilatında Rusiya Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin edib.

O, bununla da Rusiya Prezidentinin Xəzər regionu dövlətləri ilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad olunub.

Xatırladaq ki, daha öncə isə Abdulatipov Dağıstan Respublikasına dörd il rəhbərlik edib.