!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin: “Rusiya istənilən təcavüzkardan güclüdür”

!Reklam – Yazi

putin“Rusiya hazırda hər hansı potensial təcavüzkardan güclüdür”.

Yenicag.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin geniş kollegiya iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib.

“Diqqətinizə çatdırmaq istəyirəm ki, əgər biz bir dəqiqə belə arxayınlaşsaq, ordu və donanmanın modernləşməsində, qoşunların hazırlığında bircə əhəmiyyətli uğursuzluq baş versə, o zaman vəziyyət tez dəyişəcək”, – deyə Putin vurğulayıb.

Rusiya prezidenti 2017-ci ildə hərbi sahədə qarşıda duran əsas vəzifələri açıqlayıb: “Ordu və donanmanın silahlanmasında yığılmış tempi saxlamaq, silahlanma üzrə dövlət proqramı tədbirlərinin həyata keçirilməsini və dövlət müdafiə təkliflərinin yerinə yetirilməsini effektli yoxlamaq vacibdir”.

Bundan başqa, Rusiya prezidenti strateji nüvə qüvvələrinin döyüş potensialını möhkəmləndirməyə çağırıb.

Yenicag.az

www.yenicag.az

611
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv