Putin Rusiya təyyarəsinin vurulmasından danışdı

118913_res_01Rusiya prezidenti Vladimir Putin Rusiyanın Su-24 qırıcısının Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulmasını “arxadan zərbə” adlandırıb.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putin Rusiya təyyarəsinin Türkiyə HHQ-yə məxsus F-16 tərəfindən “hava-hava” tipli raketlə vurulduğunu deyib.

“Rusiyanın Su-24 təyyarəsinin vurulması terrorla adi mübarizənin hüdudlarını aşan addımdır. Bu, terrorçuların əlaltılarının Rusiyanın kürəyinə vurduğu zərbədir” – deyə Putin bildirib.