“Crocus City Hall”da terror aktını sifariş edənlərin əsas məqsədi Rusiyanın birliyinə xələl gətirmək olub.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Müstəqil Həmkarlar İttifaqları Federasiyasının XII Qurultayında çıxışı zamanı deyib.
O, terrorun törədilməsində başqa məqsədlərin görünmədiyini bildirib: “İndi istintaqın verdiyi məlumata görə, Moskvada qanlı, dəhşətli terror aktını sifariş edənlərin əsas məqsədinin məhz bizim birliyimizi pozmaq olduğuna inanmaq üçün bütün əsaslarımız var. Görünən başqa məqsədlər yoxdur. Ancaq Rusiya cəmiyyətinin birliyini pozmaq məqsədi, xüsusən də müasir şəraitdə”./unikal