Rusiya Prezidenti Vladimir Putin bazar günü “Rossiya-1” telekanalının efirində bildirib ki, “parçala və hökm sür” prinsipi Rusiyanın opponentlərinin siyasətinin əsasında dayanır, onlar həmişə bunu etməyə çalışıblar və cəhd etməkdə davam edirlər. Rusiyanın məqsədi isə rus xalqını birləşdirməkdir.
O xatırladıb ki, 2014-cü ildən Rusiya Federasiyası Ukraynadakı vəziyyəti sülh yolu ilə həll etməyə çalışır.
“Biz həmişə çalışmışıq ki, yaranan bütün mübahisələr danışıqlar vasitəsilə sülh yolu ilə həll olunsun. Bu və ya digər şəkildə biz bu ərazilərdə yaşayan insanların müdafiəsinə qalxmağa məcbur olduq, hər şey bununla başladı. Amma biz Ukraynada çevriliş etmədik, onlar başladılar”, – Putin bəyan edib.