Putin sabah 2 ölkəyə səfər edəcək

Rusiya prezidenti Vladimir Putin dekabr ayının 6-da BƏƏ və Səudiyyə Ərəbistanına işgüzar səfərlər edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Putinin mətbuat katibi Dmitri Peskov bu barədə deyib: “Prezident Putin sabah Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına işgüzar səfərlər edəcək. Bütün bunlar faktiki olaraq bir gündə baş verəcək”./unikal