!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin Sarkisyanı Qarabağ yoxsa Ermənistan üçün çağırır?

!Reklam – Yazi

publika.az145752611758530Elxan Şahinoğlu: “Putinin Sarkisyanı Moskvaya dəvət etməsi heç də Qarabağ məsələsilə deyil, Ermənistan daxilindəki vəziyyətlə bağlıdır”

Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Bakıya səfərindən və ardınca Sankt-Peterburqda Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən dərhal sonra, avqustun 10-da Moskvada Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək. Aydın məsələdir ki, hər üç görüşdə bir sıra digər məsələlərlə yanaşı, Dağlıq Qarabağ problemi də müzakirə predmeti olacaq. Bu əsasda və xüsusən də Sarkisyanın Moskvaya çağırılması fonunda artıq gözləmək olarmı ki, Qarabağ münaqişəsinin həlli istiqamətində real irəliləyişlər əldə olunsun?

Məsələ barədə Yenicag.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirdi ki, Putinin Moskvada Sarkisyanla görüşündən sonra da belə münaqişənin həlli istiqamətində real irəliləyişlərin ola biləcəyinə inanmır: “Mənim belə gözləntilərim yoxdur. Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü sırf nəqliyyat layihəsilə əlaqədardır. Burada “Şimal-cənub” dəhlizi layihəsi üzərində fikir mübadiləsi aparılacaq. Hansı ki, həmin layihənin gerçəkləşməsi hər üç dövlətin də maraqlarına xidmət edir. Rusiyadan çıxan mallar Azərbaycan və İrandan keçməklə şərq ölkələrinə, İrandan çıxan mallar da Azərbaycan və Rusiya üzərindən Avropaya daşınacaq. Azərbaycan da tranzit ölkə olaraq bununla öz mövqeyini möhkəmləndirəcək. Doğrudur, Bakıda iki tərəfli görüşlər də olacaq. İlham Əliyevin bu əsasda Putinlə görüşü də planlaşdırılır. Ola bilsin həmin görüşdə Dağlıq Qarabağ məsələsi də müzaqkirə predmeti olsun. Amma inanmıram ki, Rusiyanın mövqeyində hər hansı bir dəyişiklik olsun. Türkiyə prezidenti Ərdoğan isə bir gün sonra Putinlə Sankt-Peterburqda görüşəcək. Mümkündür ki, bu görüşdə Ərdoğan Qarabağ məsələsi ətrafında da Putinlə fikir mübadiləsi aparsın. Lakin bununla belə onun Putinlə aparacağı gündəm mövzuları bəllidir. Onu da xatırladım ki, iki ölkə arasında münasibətlər gərginləşib sonradan normallaşandan sonra bu görüş prezidentlərin ilk görüşü olacaq. Bu əsasda da böyük ehtimalla onlar iki tərəfli münasibətlərin bərpası, birgə layihələri müzakirəyə çıxaracaqlar. Bir gün sonra Putinin Sarkisyanı Moskvaya dəvət etməsi heç də daha çox Qarabağ məsələsilə bağlı deyil, Ermənistan daxilində cərəyan edən vəziyyətlə bağlıdır. Çünki Ermənistandakı qarışıqlıq Rusiya hakimiyyətini də narahat edir. Ona görə də Putin Sarkisyanla bu məsələdə fikir mübadiləsinə ehtiyac duyub. Ola bilər bu görüşdə də Qarabağ məsələsinə toxunulsun. Amma əsas müzakirə mövzusu Ermənistandakı vəziyyət və Moskvanın İrəvana verəcəyi dəstəklə bağlı olacaq”.

ELÇİN

www.yenicag.az

577
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv