db10b8db18feb849a705e7df962938b8Rusiya Federasiyasının prezidenti Vladimir Putin səs verib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Vladimir Putin bu gün Rusiyada keçirilən vahid seçkilər günü çərçivəsində səsvermədə iştirak edib.
Dövlət başçısı qeydiyyatda olduğunu Lenin prospektindəki Rusiya Elmlər Akademiyasının binasında yerləşən 2151 saylı seçki məntəqəsinə gələrək səsvermə prosesinə qatılıb. V. Putin seçki komissiyasının üzvləri ilə görüşərək pasportunu təqdim edib və seçki bülliteni alaraq səsvermə kabinasına keçib. Daha sonra dövlət başçısı bülliteni səsvermə qutusuna atıb.
Rusiya prezidenti jurnalistlərə açıqlamasında seçki gününü işdə keçirəcəyini söyləyib. Jurnalistlərin kimə səs verməsi ilə bağlı sualına V. Putin belə cavab verib:
“Bəyəm bilmirsiz kimə səs verəcəm?””.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 13
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."