!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Putin SSRİ-ni dağıdan proseslərin MDB-də təkrarlanmasının qarşısını almağa çalışır” - ŞƏRH

!Reklam – Yazi

“Ciddi təcrübəyə malik Nursultan Nazarbayevin MDB sammitində iştirakı hər halda təsadüfi deyil”.

Bu fikirləri Sankt-Peterburqda təşkil olunan MDB sammiti fonunda keçmiş SSRİ-nin bərpasına yönəlik fikirlərin intensivləşməsini şərh edən politoloq AydınQuliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin də Sankt-Peterburqa dəvət olunması çox şeydən xəbər verir:

“Qeyd edim ki, son vaxtlar keçmiş Kremlə yaxınlığı şübhə doğurmayan müəyyən ekspertlər səviyyəsində SSRİ-nin hər hansı ad altında bərpa olunması istiqamətində fikirlər səsləndirilir. Eyni zamanda, Rusiya prezidenti Vladimir Putinin çıxışlarında SSRİ-nin dağılmasına gətirib çıxarmış bəzi proseslərin açıq şəkildə “səhv” adlandırılması, həmçinin Sovet Konstitusiyasında müttəfiq respublikaların istənilən vaxt İttifaqdan ayrılması hüququnun SSRİ-nin təməlinə qoyulmuş “gec partlayan mina”ya bənzədilməsi də söyləməyə əsas verir ki, o, həmin proseslərin indi MDB məkanında təkrarlanmasını qəti surətdə istəmir, təzahürlərin qarşısını almaq iddiasındadır.

Ona görə də, MDB liderlərinin görüşünün təşkili, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin də Sankt-Peterburqa dəvət olunması çox şeydən xəbər verir. Çünki MDB-nin əsas memarlarından biri kimi məhz Nazarbayev çıxış edib. Xatırlayırsınızsa, SSRİ-nin süqutu ərəfəsində üç Slavyan dövləti – Rusiya, Ukrayna və Ukraynanın quracağı ittifaq məhz Nazarbayevin təklifindən sonra Orta Asiya respublikalarının da iştirakı ilə MDB-nin yaradılması ilə nəticələndi. Bu baxımdan, sözügedən birliyin yaradılmasında ideoloji və təşkilatı təcrübəyə malik olan Nazarbayevin MDB sammitində iştirakı hər halda təsadüfi deyil. Əlbəttə ki, nəticələr haqqında sammitdən sonra atılacaq addımlara əsasən fikir bildirmək mümkün olacaq”.

A.Zeynalov

www.yenicag.az

420
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv