!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin Suriyanı nəzarətə götürür

!Reklam – Yazi

109376_res_01ABŞ administrasiyası və kəşfiyyatı bu nəticəyə gəliblər ki, Rusiya tezliklə Suriyada yeni aviabazanın qurulmasını başa çatdıracaq və oradan uçuşlara başlayacaq.

Yenicag.az saytı xəbər verir ki, bu barədə “The Bloomberg View” nəşrinin məqaləsində deyilir.

Məqalədə bildirilir ki, Rusiyanın Suriyada hərbi iştirakını sürətlə artırdığı bir vaxtda Obama administrasiyası nə edəcəyini bilmir. Ağ Evdə bir çoxları hesab edirlər ki, Suriya ərazisində Rusiya ilə qarşıdurmaya getmək lazımdır. Digərləri isə İŞİD-ə qarşı Rusiya ilə əməkdaşlıq imkanlarını axtarmağı tövsiyə edir.

Prezident Barak Obama bu ziddiyyətli situasiyadan çıxış yolu tapmaq üçün təcili plan işləməyi tapşırıb. Məsələ burasındadır ki, variantlardan heç biri ABŞ-ı qane etmir. Əgər ABŞ Rusiyanın Bəşər Əsədi qorumaq üçün Suriyaya qoşun yığması ilə barışsa, bu, o deməkdir ki, Əsədin devrilməsi planı iflasa uğrayıb və Vaşinqton bununla barışıb.

İŞİD-ə qarşı Rusiya ilə əməkdaşlıq isə birmənalı olmaya bilər. Bu halda təminat yoxdur ki, Rusiya İŞİD-lə yanaşı ABŞ-ın dəstəklədiyi müxalif qruplara qarşı da zərbələr endirəcək.

“Ruslar İŞİD-lə mübarizə aparmaq niyyətində deyil, onlar Əsədi hakimiyyətdə saxlamaq istəyir”- deyə adı açıqlanmayan administrasiya rəsmisi bildirib.

ABŞ kəşfiyyatı müəyyən edib ki, Rusiya Suriyaya yerüstü hədəflərə zərbə endirməyə imkan verən qüvvələr göndərir. Yaxın günlərdə, yaxud həftələrdə Rusiya Əsədin doğma şəhəri olan Latakiyədə “MiQ”-31 və “Su-25” təyyarələrini yerləşdirəcək.

Belə vəziyyətdə Obama administrasiyası narahatdır ki, ABŞ Suriyada Rusiyaya cavab vermək üçün real rıçaqlara malik deyil. Obama buna bir neçə yolla cavab verə bilər ki, onların da heç biri effektiv deyil.

Birinci varianta görə, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Lakin Ukrayna məsələsi göstərdi ki, sanksiyalarla Putinə təsir etmək mümkün deyil.

İkinci variant budur ki, ABŞ-ın dəstəklədiyi müxalifətin Rusiyanın Suriyadakı bazasına hücumu barədə xəbərdarlıq edilsin. Ancaq bu xəbərdarlıq kifayət edəcək ki, Putin Suriyadakı hərbi iştirakı daha da artırsın.

Üçüncü variant Rusiyanın Suriyaya silah daşımasının qarşısını almaqdır. Bunun üçün isə ABŞ İraq kimi ölkələrə təsir etməlidir. Həmin ölkələrin Rusiyanın yolunu kəsəcəyinə isə təminat yoxdur.

“The İndependent”isə yazır ki, Rusiya hərbçiləri artıq Suriyada yerüstü əməliyyatlarda iştirak edirlər. Xəbərlərə görə, Rusiya Tartusdakı hərbi bazasını da möhkəmləndirir.

Bütün bunlar Əsədi hakimiyyətdə saxlamaq üçündür. Çünki son vaxtlar İŞİD və “əl-Qaidə”yə bağlı qruplar, habelə digər müxalif qruplaşmalar Suriyada yeni ərazilər ələ keçiriblər. Onlar paytaxt Dəməşqə və Əsədin doğma şəhərinə yaxınlaşırlar.

Qərb analitikləri qeyd edirlər ki, Putinin məqsədi kifayət qədər aydın və birmənalıdır: Bəşər Əsədi hakimiyyətdə saxlamaq və şiələri dəstəkləmək. Suriyada sabitlik isə Putini o qədər də maraqlandırmır.

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv