Bu gün Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcək.
Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
“Prezident bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirməyi planlaşdırır”, – deyə Peskov bildirib.
Qeyd edək ki, Putin ən son oktyabrın 26-da əməliyyat müşavirəsi keçirib, MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Şurasının iclasının nümayəndə heyətlərinin rəhbərləri qarşısında çıxış edib.