Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurası ilə ölkənin ən yaxın qonşuları və tərəfdaşları ilə münasibətləri, eləcə də regionda təhlükəsizliyi müzakirə edib.
Yenicag.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Biz bu gün sizinlə ən yaxın qonşularımız və tərəfdaşlarımızla münasibətlərin inkişafı ilə bağlı vəziyyət barədə danışacağıq”, – Putin vurğulayıb.
O qeyd edib ki, görülən işlərin həcmi böyükdür və iqtisadiyyat, humanitar əməkdaşlıq və regionda təhlükəsizlik sahəsində müxtəlif məsələləri əhatə edir.