Putin-Tramp görüşü ilə bağlı Kremldən açıqlama

Rusiya Prezidenti Vladimir Putin iyulun 7-də Almaniyanın Hamburq şəhərində amerikalı həmkarı Donald Trampla görüşəcək.

Yenicag.az Rusiya mediaya istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Görüşün iyulun 7-də keçirilməsi razılaşdırılıb”, – deyə Uşakov vurğulayıb.

Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, liderlər arasında ilk şəxsi danışıqlar ayaqüstü deyil, ayrıca söhbət kimi keçriləcək.

Bu arada Rusiya Xarici İşlər Nazirliyi də görüşün formatı və mövzusu ilə bağlı məlumat yayıb. Rusiya XİN rəhbəri Sergey Lavrov formatın Amerika tərəfinin istəyinə uyğun olacağını bildirib:

“Amerika tərəfi necə təklif etsə, o formatda görüşəcəyik. Mövzusuna gəlincə, liderlər Ukrayna və Suriya böhranlarını müzakirə edəcəklər”.

Qeyd edək ki, bu, liderlərin ilk görüşü olacaq.

Yenicag.az