“Putin-Tramp görüşünə hazırlıq sürətlənib” – CNN

“Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşə hazırlıq sürətləndirilmiş templə davam edir”.

Yenicag.az xəbər verir ki, bu barədə CNN telekanalı etibarlı mənbələrə istinadən məlumat yayıb.

CNN bildirir ki, Ağ Evdə Trampla Zelenski arasında yaranan mübahisə Amerika liderinin administrasiyası tərəfindən Zelenskini gözdən salmaq və onu sonrakı danışıqlardan kənarlaşdırmaq üçün planlaşdırılmış ola bilər.