!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin Trampa əl uzadır: Rusiya geri addım atacaqmı?

!Reklam – Yazi

“Assoşeyted Press” agentliyi Rusiya prezidentinin köməkçisi Vladislav Surkovla ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə müşaviri Kurt Volkerin avqustun sonuna kimi görüşəcəklərini bəyan edib. Ehtimallara görə görüş ya Avstriyada, ya da İsveçrədə baş tutacaq.

Görəsən, bu qarşılaşma gərginləşməkdə davam edən ABŞ-Rusiya münasibətlərində nəyi dəyişə bilər?

Politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında bildirdi ki, kiçik ranqlı rəsmilər olan Surkovla Volkerin görüşü ABŞ-Rusiya münasibətlərindəki mövcud hazırkı durumu dəyişmək gücündə deyil:

“Rusiyada son zamanlar millətçilik və qızışdırıcı şovinizm ideyaları daha geniş vüsət almağa başlayır. Belə düşüncələr o həddə çatıb ki, Moskva hətta ABŞ-ı da hədələməyə başlayıb. Bu da İran parlamentində raket sistemlərinin daha da inkişaf etdirilməsilə bağlı verilən qərardan sonra deputatların birağızdan “Amerikaya ölüm” şüarı səsləndirməsinə bənzəyir. İranda bu, başa düşüləndir. Çünki dini ideologiyanın təsiri altında beyinləri məhv ediblər. Rusiyada da məhz buna bənzər mühit formalaşmaqdadır. Jirinovski iddia edir ki, ABŞ gəmilərini Qara dənizdə batıracaqlar. Rusiyada antiamerika, antiukrayna meyilləri o dərəcədə inkişaf edib ki, onlar Ukraynaya qədim rus torpaqları kimi baxır, Ukraynanın müstəqilliyini qəbul etmək istəmirlər. Bu da Rusiyanın hazırkı məqamda çox davakar bir mövqedə dayandığını göstərir. Yəni Rusiya kimi böyük dövlət həm tarixi təhrif etmək, həm də onu öz marağına uyğun şəkildə yozmaqda ustadır. Rusiya cəmiyyətində hazırda təəssüf ki, sərbəst düşüncələrə hörmət edilmir. Bu fonda ABŞ-la Moskva arasında münasibətlər daha da kəskinləşməkdə davam edir. Həmin gərginlik fonunda da kiçik ranqlı rəsmilər arasında baş tutacaq görüş iki dövlət arasında hazırda mövcud olan münasibətlərdə heç nəyi dəyişmək iqtidarında deyil. Bu görüşün münasibətlərdə nəyisə dəyişəcəyi əmsalı sıfıra bərabərdir. Ümumiyyətlə, mövcud qarşıdurmada Rusiyanın əvvəl-axır geri çəkiləcəyi daha inandırıcıdır. O, ya müəyyən güzəştlərə gedəcək, ya da dünyada baş verən dəyişikliklərlə razılaşmalı olacaq”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

768
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv