Putin Trampa top hədiyyə edib – FOTO

Tramp və Putinin Finlandiyanın paytaxtı Helsinkidə dünən baş tutan görüşündən yeni detallar məlum olub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putinin dünən baş tutan tarixi görüşündən sonra ortaq mətbuat konfransı keçirilib. Qapalı qapılar arxasında keçirilən görüşdən sonra Putin Trampa top hədiyyə edib. O, Dünya Çempionatının topunu təqdim edərkən bu sözləri deyib:

“Bu topu sənə verirəm. İndi top səndədir (burada: növbə).”

Onun bu hərəkəti qarşısında Tramp təəcübbünü gizlədə bilməyib. Topu həyat yoldaşına verən Tramp hədiyyəni oğluna ötürəcəyini deyib.

Qeyd edək ki, Tramp Rusiyada təşkil edilən çempionatın olduqca yaxşı olduğunu bildirib və buna görə də Putini təbrik edib.