Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampı Böyük Vətən müharibəsinin başa çatmasının 75-ci ildönümünə həsr olunacaq bayram tədbirinə dəvət edib.
Yenicag.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Biz ABŞ prezidentini gələn il mayın 9-da Böyük Vətən müharibəsində qələbənin 75 illiyi münasibəti ilə Rusiyaya dəvət etdik”, – o vurğulayıb.
Onun sözlərinə görə, ABŞ lideri dəvəti müsbət qarşılayıb.
Qeyd edək ki, bu gün Yaponiyanın Osaka şəhərində “Böyük-20″liyin (“G-20”) zirvə toplantısı keçirilir. Sammit çərçivəsində ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub.