Rusiya Prezidenti Vladimir Putin Qarabağ ətrafındakı vəziyyəti, Rusiya sülhməramlılarının və Qarabağdakı humanitar missiyasının fəaliyyətini Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müzakirə edib.
Axar.az zəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Bu məzmunda Prezident müşavirə iştirakçılarını Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla baş tutan telefon danışıqları barədə də məlumatlandırıb”, – deyə kremlin sözçüsü vurğulayıb.
Onun sözlərinə görə, müşavirədə Rusiyada gündəlikdə duran müxtəlif aktual sosial-iqtisadi məsələlərə də toxunulub.