!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin “Türk axını” layihəsinə dair sazişi ratifikasiya edib

!Reklam – Yazi

Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə ölkəsi arasında inşa ediləcək “Türk axını” qaz borusunun tikintisi ilə bağlı sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, saziş Dövlət Duması tərəfindən yanvarın 20-də, Federasiya Şurası tərəfindən isə fevralın 1-də ratifikasiya edilib.

Xatırladaq ki, tərəflər “Türk axını” layihəsinin reallaşdırılmasına dair hökumətlərarası sazişi oktyabrın 10-da imzalayıb. Sənəd Qara dənizin dibi ilə hər biri 15,75 mlrd. kubmetr ötürmə gücünə malik iki magistral qaz xəttinin tikintisini nəzərdə tutur. Bu xətlərdən biri Türkiyə bazarı, digəri isə ölkə üzərindən keçməklə Avropa ölkələri üçün nəzərdə tutulub. İkinci xəttin inşası Avropanın Rusiya qazında maraqlı olmasından asılı olacaq.

Qeyd edək ki, illik ümumi ötürmə gücünün 63 mlrd. kubmetr olacağı “Türk axını” qaz borusunun tikintisinə dair saziş 2014-cü ildə imzalanıb. Sonradan layihə iki ölkə arasında münasibətlərin pozulması səbəbindən dondurulmuşdur.

Türkiyə parlamentində ötən ilin dekabrın 2-də qəbul edilən anlaşmanı prezident Ərdoğan üç gün sonra imzalamışdı.

Yeniçağ.Az

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv