!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin Türkiyənin Qarabağdakı vəziyyətə təsirini qiymətləndirib: “Barışığa müsbət təsir edir”

!Reklam – Yazi

Rusiya prezidenti Vladimir Putin Türkiyənin Qarabağdakı mövcud situasiyaya təsirini dəyərləndirib.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, Putin bu barədə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Soçidə keçirilən görüşündə danışıb.

Putinin sözlərinə görə, Türkiyənin Qarabağdakı vəziyyətə təsiri regionda barışığın təmin olunmasına müsbət təsir göstərir.

O, əlavə edib ki, Azərbaycanla Ermənistan arasında əldə olunmuş atəşkəsin pozulmamasına nəzarət edən Qarabağda yaradılmış Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi aktiv fəaliyyət göstərir. Məhz bu əməkdaşlıq tərəflərin barışığa yönəlik gələcək fəaliyyətinin razılaşdırılmasının qarantıdır.

www.yenicag.az

482
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv