Putin: “Ukrayna dili Krımda dövlət dillərindən biridir” – VİDEO

“Ukrayna dili Krımda dövlət dillərindən biridir”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında bəyan edib.

“Krım-tatar və rus dili ilə yanaşı Ukrayna dili də Krımda dövlət dilidir”, – deyə o, bildirib.

Dövlət başçısı, ümumiyyətlə, Ukrayna da daxil olmaqla hər hansı bir mədəniyyətin “ləğv edilməsi” cəhdini mümkünsüz adlandırıb.

Putin bir çox rusiyalı ailələrin Ukrayna mahnılarını və mədəniyyətini sevdiklərini vurğulayıb./Oxu.az/