!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin Ukrayna ərazilərinin ilhaqını “rəsmiləşdirdi”: “Bu nəticələr müzakirə edilməyəcək”

!Reklam – Yazi

Rusiya Prezidenti Vladimir Putin işğalı altındakı Ukrayna vilayətlərində keçirilən “referendum” nəticələrini həyata keçirəcəyini deyib.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, V.Putin bu barədə Federal Məclisdəki çıxışında danışıb.

O, keçirilən referendumlarda Ukraynanın işğal altındakı Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşmək üçün “seçim etdiklərini” bildirib:

“Əminəm ki, Federal Məclis Rusiyada dörd yeni regionun, subyektin yaradılmasına dair Konstitusiya qanunlarını dəstəkləyəcək. Çünki milyonlarla insanın iradəsini ifadə edir”.

Putin çıxışında “Novorossiya”, II Yekaterina, İkinci Dünya  üharibəsi və “rus baharı”ndan da bəhs edib.

Rusiya Prezidenti Ukrayna ilə danışıqlara hazır olduqlarını bəyan etsə də, keçirilən “referendum”ların nəticələrinin müzakirə edilməyəcəyini söyləyib.

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv