!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Putin Ukraynaya nifrət etməklə yanaşı, öz xalqına göstərmək istəyir ki...” – Polşanın Baş naziri

!Reklam – Yazi

“Rusiyanın malik olduğu resurslar Ukraynaya 2-3 istiqamətdə yeni hücumlara başlamağa imkan verir”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukraynada müharibənin mümkün gedişatı haqda danışan Polşanın Baş naziri Mateuş Moravetski deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna cəbhəsində qızğın döyüşlər bu ilin mart-aprel aylarında – bataqlıqlar quruyandan sonra başlayacaq:

“Rusiya artıq ehtiyatdan 200 mindən 500 minə qədər şəxsi orduya səfərbər edib. Eyni zamanda, onun malik olduğu silah-sursat və maliyyə resursları Ukraynaya 2-3 istiqamətdə yeni hücumlara başlamağa imkan verir.

Təəssüf ki, Putin Ukraynaya nifrətlə yanaşı, öz xalqına “uzunmüddətli oyunçu” olduğunu, təslimçilik barədə heç vaxt düşünmədiyini və Kiyevə hücumları bərpa edəcəyini göstərməyə çalışır.

Fikrimcə, Putin və onun komandan təyin etdiyi Gerasimov Ukraynanı mühasirəyə almağı, bu istəyin gerçəkləşməsi üçün iki-üç istiqamətdə hücuma keçməyi planlaşdırır. Ona görə də düşünmək olar ki, Rusiya-Ukrayna cəbhəsində qızğın döyüşlər bu ilin mart-aprel aylarında – bataqlıqlar quruyandan sonra başlayacaq”.

www.yenicag.az

303
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv