Putin uşaqları sevindirib

79808Rusiya lideri ailəsi ilə müharibə gedən Donetskdən Rusiyaya sığınan 9 yaşlı Maksimin arzusunu yerinə yetirib.

Ukraynadan Rusiyaya köçərkən Maksimin ailəsi uşağa aid bir çox əşyanı götürə bilməyib. Bunların arasında noutbuk da var idi. Hazırda isə qaçqın ailənin Maksimə bahalı hədiyyələr verməyə gücü yoxdur.

Bundan irəli gələrək Maksim sığındığı ölkənin prezidentindən arzusunu reallaşdırmaq üçün məktub yazır: “Salam Putin əmi! Mən B.Maksim Eduardoviç, Donetskdən olan qaçqınam. Mənim noutbuk və iPhone-um var idi. Lakin biz evdən qaçanda özümüzlə heç nə götürə bilmədik. İndi isə mən atamdan mənə noutbuk almasını istəyəndə, o, almır… Deyir pulum yoxdur. Putin əmi, xahiş edirəm mənə noutbuk və iPhone alın”.

Məktubdan sonra Vladimir Putin Maksimin arzusunu yerinə yetirir. Bu gün Maksimin ailəsi sığındığı Kaspiysk (Dağıstan) şəhərinin administrasiya nümayəndəsi Artur Ramazanov uşağın hədiyyələrini ona verib.

Bundan əlavə Putinin göstərişi ilə 100 dən çox qaçqın uşaq Yeni il hədiyyəsi qazanıb.

Qeyd edək ki, hazırda Maksim və ailəsi Dağıstanın Xəzər dənizi sahilində, Qarabudaxkənd rayonunun “Ləzzət” sanatoriyasında yerləşdiriliblər.

(lent.az)