Putin Vahid Ələkbərovla bağlı SƏRƏNCAM İMZALADI

Rusiya prezidenti Vladimir Putin iş adamı Vahid Ələkbərovu təltif edib.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti sərəncam imzalayıb.

Sərəncama əsasən V.Ələkbərov I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Mükafatın iş adamına dövlət qarşısında xidmətlərinə, yanacaq-energetika kompleksinin inkişafına verdiyi böyük töhfəyə və uzun illər vicdanlı əməyə görə verildiyi qeyd edilib.