Rusiya Prezidenti Vladimir Putin erməniəsilli rusiyalı biznesmen Ruben Vardanyanın Rusiya vətəndaşlığından çıxarılması ilə bağlı müraciətini təsdiq edib.
Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, sərəncamının mətnində deyilir:
“Aşağıdakı şəxslərin Rusiya Federasiyasının vətəndaşlığından çıxması haqqında ərizəsi təmin edilsin: Vardanyan Ruben Karlenoviç, 1968-ci il mayın 25-də Ermənistanda anadan olub”.
Həmin fərmanla iş adamı Konstantin Sidorovun da Rusiya vətəndaşlığından çıxması ilə bağlı müraciəti təmin edilib.
Xatırladaq ki, Ruben Vardanyan sentyabrda Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək qərarına gəlib.