Putin və Ərdoğan arasında görüş başladı

Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş başlayıb.

Yenicag.az Rusiya mətbutına istinadən xəbər verir ki, görüşü şərh edən mətbuat katibi Dmitri Peskov danışıqların mürəkkəb keçəcəyini qeyd edib.

Qeyd olunur ki, görüş zamanı Putin Suriyadakı vəziyyətin kəskin olduğunu bildirib. O, həmçinin qeyd edib ki, “Bunu hamı görür və başa düşür. Rusiya ilə Türkiyə arasında bu mövzuda məsləhətləşmələrə tələbat çoxdur”.

Qeyd edək ki, Türkiyə Prezidenti bu gün Rusiyaya rəsmi səfərə gəlib. İki ölkə lideri arasında əsas müzakirə mövzusunun Suriya və regional məsələlərin olacağı bildirilir.