Vladimir Putinin Türkiyəyə səfəri zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və Zəngəzur dəhlizi məsələsi müzakirə olunacaq.
Yenicag.az “Hürriyet”ə istinadla xəbər verir ki, liderlər “Taxıl sazişi”nin bərpasını, Suriyadakı durum və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər.
Səfərin avqustun sonunda baş tutacağı gözlənilir.
Həm rəsmi Ankara, həm də Moskva görüşün olacağını təsdiqləyib. Lakin dəqiq yeri və tarix məlum deyil.