Putin və Ərdoğan İstanbulda görüş keçirir

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş keçirir.

Yenicag.az xəbər verir ki, liderlər görüşə tərcüməçilərin iştirakı ilə təkbətək formatda başlayıblar.

Görüş mətbuata qapalı şəkildə keçirilir.

Daha əvvəl Kremlin Mətbuat xidməti danışıqlar zamanı Rusiya-Türkiyə əməkdaşlığının daha da inkişaf etdirilməsi və aktual beynəlxalq məsələlərin, o cümlədən Suriya və Liviyadakı vəziyyətin müzakirə olunacağını bildirmişdi.