Reklam: High Technic
hightechnic

Putin və Ərdoğan Suriyada fəaliyyətin koordinasiyasını müzakirə ediblər

Rusiya prezideni Vladimir Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Moskvada baş tutan son görüşündə Suriyada hərbçilərin əlaqəli fəaliyyət göstərmələri müzakirə olunub.

Yeniçağ.Ru-nun xəbərinə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dünən keçirtdiyi brifinqdə məlumat verib.

Peskov jurnalistlərin Putinlə Ərdoğanın görüşündə Suriyada Rusiya ilə Türkiyənin fəaliyyətinin koordinasiya edilməsi üçün işçi qrup yaradılmasını razılaşdırmaları barədə sualı konkret cavablandırıb:

“Bu məsələ müzakirə olunub və tərəflər o çərçivədə koordinasiyalı fəaliyyətin zəruriliyini qəbul edirlər”.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 10-da Moskvaya gələrək, rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Görüşün nəticələrini dəyərləndirən Putin bildirib ki, Rusiya və Türkiyənin hərbi birlikləri ilə xüsusi xidmət orqanları Suriyada etimadlı və effektli iş görürlər. Türkiyə prezidenti isə iki ölkə arasında münasibətlərin normallaşma prosesinin başa çatdığını bildirib.

Yeniçağ.Az

www.yenicag.az

81